Fırıldaqçıların əməllərindən 300-dən çox insan zərər çəkib
Moskvada ekstrasenslərdən ibarət dəstə həbs edilib.
ANS PRESS-in məlumatına görə, Moskvanın Tver rayon məhkəməsinin qərarı ilə 13 ekstrasens azadlıqdan məhrum edilib, digər 6 nəfər isə ev həbsinə məhkum edilib. Üç nəfər ekstrasensin isə ölkədən kənara çıxması məhdudlaşdırılıb.
Paytaxt polisləri regionlararası şəbəkə kimi fəaliyyət göstərən dəstənin fəaliyyətinin qarşısını alıblar. Fırıldaqçılar ekstrasens adı ilə xidmətlər göstərərək vətəndaşların pulunu mənimsəyib.
"Beynəlxalq parapsixologiya mərkəzi və taleyin korreksiyası" adı ilə fəaliyyət göstərən fırıldaqçı dəstə insanları telefon zəngləri vasitəsi ilə qəbul edirmişlər.
İlkin məlumatlara görə, fırıldaqçıların əməllərindən 300-dən çox insan zərər çəkib.
Ümumilikdə, vətəndaşlara 150 milyon rubldan (3 milyon manat) çox zərər vurulduğu məlum olub.