Sentyabr ayının ilk dərs günü Slavyansk məktəbinə gələn Ukraynanın 1-ci xanımı MarinaPoroşenko dərs ilinin başlanması ilə əlaqədar tədbirdə iştirak edib.
Aktual.az xarici mediaya istinadən bildirir ki, tədbiri işıqlandıran jurnalist xanım Poroşenkodan müsahibə alıb. Jurnalistin:”Deyirlər Sizin oğlunuz cəbhədədir. Bu, doğrudurmu?”- sualına Marina Poroşenko: “ Bəli, mənim oğlum döyüş bölgəsindədir, o antiterror əməliyyatlarında iştirak edir”-cavabını verib.
Xatırladırıq ki, 29 yaşlı Aleksey Poromenko ailəlidir və körpə uşaq atasıdır.