Ölkədə fəaliyyət göstərən 44 bankdan 8-i zərərlə işləyib.
Axar.az-a Mərkəzi Bankdan verilən məlumata görə, zərərlə işləyən bankların xalis zərəri 38.45 milyon manat təşkil edib.
Ölkə üzrə fəaliyyət göstərən 44 bankdan 36-sı isə mənfəətlə işləyib ki, bu da bank sisteminin yekun xalis mənfəətinin 254.37 milyon təşkil etməsi deməkdir. Bu ilin yanvar-iyul ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 292.82 milyon manat olub.
Bu isə 2013-cü ilin iyul ayı ilə müqayisədə təxminən 24,2 faiz çoxdur.
Hesablamalara əsasən, ziyanla işləyən banklardan ikisinin adını qeyd edtmək olar. İqtisadçıların fikrincə, bu il ziyana işləyən banklar arasında “Bank Standart” və “Xalq Bank”ın da adı var.
Daha ətraflı məlumat əldə etməyə çalışsaq da, Mərkəzi Bankda qeyri-iş günü olduğu üçün bu mümkün olmadı.