ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klinton 2016-cı ildə baş tutacaq prezident seçkilərində Demokratların namizədi ola biləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, xanım Klinton açıqlamasında hələ tam qərar vermədiyini, lakin 2015-ci ilin əvvəllərində bu barədə fikirləşəcəyini deyib.
Xatırladaq ki, Klinton 2008-ci ildə prezident seçkilərinə az qalmış partiyada Barak Obamaya məğlub olsa da, Obama prezident seçildikdən sonra Dövlət katibi vəzifəsinə təyin edilmişdi.
Hillari Klinton sağlamlığında yaranan problemlərə görə, 2013-cü il fevralın 1-də vəzifəsindən istefa vermişdi.