Ruslar Qarabağda hansı oyun qurur? - Ekspert

30-11-2022, 16:18   




Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikləri ilk gündən etibarən “Dağlıq Qarabağ” ifadəsini işlədirlər. Bu, Rusiyanın Qarabağdakı ermənilərinin subyektliliyini qorumaq üçün atdığı addımlardan biridir. Çünki Rusiya dövləti 2025-ci ildən sonra da sülhməramlıların Qarabağda qalmasını təmin etməyi qarşısına hədəf kimi qoyub.

Bu sözləri Axar.az-a Rusiya MN və sülhməramlıların pozucu fəaliyyəti haqqında danışan politoloq Fərhad Məmmədov deyib.

Politoloq rus sülhməramlıların Qarabağda separatçılıq meyillərini dəstəklədiyini vurğulayıb:

“Rusiyanın rəhbərliyi ən yüksək səviyyədə Azərbaycana müəyyən vədlər verdiyinə görə, əvvəllər dövlətimiz buna ciddi diqqət ayırmırdı. Hazırda isə rus sühməramlıların artıq destruktiv rol oynadığı açıq şəkildə görünür. Əgər fikir verirdinizsə, yeni Laçın yolunun tikintisi və Sərsəng su anbarı məsələsində Azərbaycanın Qarabağ erməniləri ilə birbaşa təmasları var idi və indi də mövcuddur. Azərbaycanın bu addımının qarşısını almaq üçün Moskvada hazırlanan Vardanyan planından istifadə edilir. Ölkəmizin ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılar Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasında yox, separatçılıq meyillərinin güclənməsində daha çox rol oynayırlar. Son iki il ərzində ilk olaraq Ermənistanla münasibətlərin tənzimlənməsi, daha sonra Qarabağdakı ermənilər ilə əlaqələrin qurulması məntiqi özünü doğrultmadı. İndi isə Azərbaycan daha çox Ermənistanın Qarabağdakı proseslərə təsir imkanlarının qarşısını tamamilə almaq üçün çalışır və buna da nail olacaq”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar