Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“WhatsApp” bu gün istifadəçilərini sevindirəcək

17-09-2014, 12:44   
“WhatsApp” bu gün istifadəçilərini sevindirəcəkPulsuz danışıq funksiyasını təqdim edəcək.
“WhatsApp” qısa mesajlaşma xidməti bu il təşkil olunmuş IFA-2014 texnologiya sərgisində, internet üzərindən səsli danışıq xidmətini yaxın günlərdə təqdim edəcəyini açıqlamışdı.

“WhatsApp”-ın nə vaxt bu funksiyanı təqdim edəcəyi isə dəqiq olaraq açıqlanmamışdı. Dünən isə, verilən rəsmi açıqlamaya görə, "WhatsApp" pulsuz danışıq funksiyasını 17 sentyabrda yəni, bu gün təqdim edəcək.

Diqqət çəkən məqam isə, bundan ibarətdir ki, “WhatsApp” şirkəti, “iOS” və “Android” əməliyyat sistemlərinə eyni vaxtda bu funksiyanı tətbiq edəcək. “IOS” əməliyyat sisteminə “iOS 8” əməliyyat sistemi ilə birgə tətbiq olunacaq yeni funksiya, “Android” əməliyyat sisteminə sadə bir təkminləşdirməklə tətbiq olunacaq.

Mütəxəssislərə görə, bu funksiya “WhatsApp”-ı öz sahəsində daha da möhkəmlədəcək və rəqiblərini çox geri salacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar