19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu keçirib.
ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, futbolçularımız Dubay şəhərində təşkil olunmuş turnirdə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparıblar.
Oyunda hər iki tərəfin də şansları olsada qapılara yol tapmaq mümkün olamayıb.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.