Nəsimi rayonunda yerləşən klubların birində kütləvi dava düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Nizami küçəsində yerləşən ərazidə baş verib.
Məkanda dörd qadın döyülərək xəsarət alıb.
Qadınlar xəstəxanaya yerləşdiriliblər.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, qeyd edilən hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
Cebhe.info