20:40
Türkiyədə dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən biri - Şahin Verdiyevin cəsədi çıxarılıb.
Axar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilir ki, Şahin Verdiyevin cənazəsi sabah Azərbaycana yola salınacaq.
***
Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb.
Bu barədə Report-a Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatyadan olan millət vəkili Əhməd Çakır bildirib.
Millət vəkili deyib ki, meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.