ZİYA BÜNYADOVUN QƏTLİNİN TƏŞKİLATÇISI İRANDA GİZLƏNİR - Yeni məlumatlar

16-02-2023, 13:38   



Akademik Ziya Bünyadovun qətlinin təşkilatçısı İranda gizlənir. Lent.az akademikin qətlinin təşkilatçısı olan Tariyel Ramazan oğlu Ramazanov haqqında bəzi məlumatlar əldə edib.

Məlumata görə, T. Ramazanov hazırda Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 218.1-ci (cinayətkar birlik və ya silahlı qruplaşma yaratma, həmin qruplaşmalara rəhbərlik etmə, həmçinin, ağır cinayətlər törədən mütəşəkkil dəstə rəhbərlərinin birliyini yaratma) maddəsi ilə axtarılır.

6 ildir onu himayə edir. Onun himayə edilməsi və Azərbaycana təhvil verilməsinin qarşısının alınması İranın ali dini liderinin birbaşa göstərişi ilə həyata keçirilib. Məhz buna görə də Azərbaycan hüquq-mühafizə orqanları 26 ildir T.Ramazanovun məsuliyyətə cəlb edilməsini təmin edə bilmir.

Qeyd edək ki, 5 gün sonra Z.Bünyadovun qətlə yetirilməsinin 26 ili tamam olacaq. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilib.

Ziya Bünyadov qətlə yetiriləndə 75 yaşı var idi.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.