Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.