Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

3 it 40 yaşlı kişini parçalayıb öldürdü, iki nəfər ağır yaralandı - Masallıda dəhşət

24-02-2023, 20:06   


Masallıda 3 itin hücumuna məruz qalan 40 yaşlı kişi dünyasını dəyişib.

Bu barədə Qaynarinfo-ya rayonun Viləş kəndindən məlumat verilib. Kənd sakinlərinin sözlərinə görə, Ceyhun adlı kişi örüş sahəsində qoyun otarırmış. Həyət evlərindən çıxan 3 it ona hücum edib. Yaxınlıqda Ceyhunun səsini eşidən iki nəfər köməyə gəlib. Amma onlar hadisə yerinə çatana qədər 3 it Ceyhunu parçalayıb. 

Sakinlər həmin şəxsin hadisə yerində can verdiyini deyib: "İtlər onu elə parçalamışdı ki, bağırsaqları bayırda idi. Apardılar xəstəxanaya, elə oradaca dünyasını dəyişib”. 

Ceyhuna köməyə gələn iki nəfər xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin ağır olduğu bildirilir. 

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar