Hərbi qulluqçu Ermənistan MN-i ifşa etdi: “Duman idi, onların postuna çatdım, gördüm 4 nəfər...”

27-03-2023, 22:04   


“Artıq azdığım ərazini tanıyıram, ona görə gəlib bizim tərəfə keçdim”. 

Bunu Ermənistanın guya Azərbaycan tərəfinin əsir götürdüyü kimi qələmə verdiyi erməni hərbi qulluqçu, Zəngəzur marzın Xınzırək kənd sakini Martiros Gülambaryan deyib.

Erməni hərbi qulluqçu bildirib ki, martın 21-i saat 11:30 radələrində Gorus icmasının Akner qəsəbəsinin yuxarı hissəsində azıb.

“Duman idi, onların postuna çatdım, gördüm 4 nəfər maşına yaxınlaşır, sürətlə sürücünün qapısının yanından çıxdım. Bir qapını açdılar, mən aşağı düşüb onların arxasınca digər qapıdan keçdim. Maşını “N” saylı döyüş mövqeyindən təxminən 30 metr aşağıda buraxdım. Bütün gecəni projektor qoydular, dumanlı idi, məni görə bilmədilər. Gecə dərəyə sığındım, səhər Azərbaycan PUA-ları artıq dərənin üstündə dövrə vururdu. Görməsinlər deyə özümü qarla örtdüm, sonra getdilər. PUA dərənin yanına ilk dəfə səhər 5-də, sonra 6-da, sonra 7-də 15 dəfədən az gəldi. Tapa bilmədilər, qarla özümü gizlətmişdim”, - deyə o qeyd edib.

Martiros Gülambaryan yük maşınının Azərbaycan tərəfində qaldığını iddia edib.

“Məni tuta bilmədiklərinə görə maşını geri vermirlər. Danışıqlar Rusiya sülhməramlıları və sərhədçilərinin vasitəçiliyi ilə aparılır. Volkov deyir ki, Azərbaycan maşını qaytarmır. Bizimkilərin nə edəcəklərini görmək istəyirlər”, - deyə o əlavə edib./Ordu.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.