Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) ötən ilin sentyabrında baş vermiş “Şimal axını” qaz kəmərinin təxribatını araşdırmaq üçün Rusiyanın tələb etdiyi müstəqil araşdırma layihəsini rədd edib.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O, komissiya yaradılması təklifinin rədd edilməsindən təəssüfləndiklərini bildirib: "Təşəbbüsümüzün qəbul edilməməsinə təəssüflənirik. Ancaq təbii ki, Rusiya tərəfi buna imkan verməmək üçün səylərini davam etdirəcək".
Peskov əlavə edib ki, həqiqətin üzə çıxması üçün ölkələrin "Şimal axını" boru kəmərlərinə hücumlarına dəstək verməsi lazımdır: "Bu cür terror hücumunu kimin sifariş etdiyini və bu əmri kimin həyata keçirdiyini ortaya çıxarmağa kömək edə biləcək hər kəs müvafiq və tərəfsiz bir araşdırma istəməlidir. Belə bir beynəlxalq istintaqda israrlı olmağa davam edəcəyik və əlimizdən gələn hər şeyi edəcəyik".
Qeyd edək ki, ötən gecə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Rusiya və Çin “Şimal axını” qaz kəmərlərinə hücumları araşdırmaq üçün komissiya yaradılmasını təklif ediblər. Rusiya, Çin və Braziliya bu təklifə “hə” deyə səs verib, Albaniya, İngiltərə, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador və Yaponiya isə bitərəf qalıb. Beləliklə, bu təklif BMT TŞ-də qəbul edilməyib.
Musavat.com