DEPUTATA QARŞI TERRORDA İRAN İZİ... - Fazil Mustafa Milli Məclisdə nə demişdi? (VİDEO)

29-03-2023, 10:32   



Dünən millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktından sonra mətbuatda və sosial şəbəkələrdə bütün nəzərlər bu hadisənin təşkilatçısı qismində İrana yönəldi. 

Əsas şübhələr məhz İranla bağlıdır ki, bu da təsadüfi deyil. Çünki bu şübhələri yaradan çoxsaylı səbəblər var və onların sırasına Azərbaycanın İsraillə yaxın münasibətlərindən tutmuş, Azərbaycandakı İrana aid casus şəbəkəsinə qarşı aparılan əməliyyatlara qədər bir çox məqamlar daxildir. 

Güman olunur ki, daha bir səbəb isə şəxsən Fazil Mustafanın İranın Azərbaycandakı fəaliyyəti ilə bağlı mövqeyi və çıxışlarıdır.

“AzPolitika.info” xəbər verir ki, millət vəkili Fazil Mustafa dəfələrlə mətbuatda və hətta Milli Məclisdəki çıxışlarında İranın ölkəmizdəki təxribatçı, məzhəbçi fəaliyyətlərinə qarşı açıq mövqe qoyması ilə, molla rejimini kəskin tənqid etməsi ilə seçilib. 

Millət vəkilinin bu mövzuda parlamentdə etdiyi çıxışlardan birini təqdim edirik:



C.Məmmədov

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.