Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Prezidentliyə namizədin sərvəti açıqlandı: Siyahıda nələr var?

30-03-2023, 13:36   


Prezidentliyə namizədin sərvəti açıqlandı: Siyahıda nələr var?


Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək Muharrem İncənin əmlakının siyahısı açıqlanıb. 

Cebhe.info xəbər verir ki, 2018-də keçirilən prezident seçkilərində CHP-nin namizədi kimi iştirak edən İncə builki seçkilərə Məmləkət Partiyasının sədri olaraq qatılıb. Hazırda Türkiyədə Muharrem İncənin müxalifətin vahid namizədi xeyrinə öz namizədliyini geri çəkəcəyi əsas müzakirə mövzusudur. Prezident seçkiləri Türkiyənin gündəmini zəbt etdiyi vaxt Muharrem İncənin YSK-ya təqdim etməyə hazırlaşdığı əmlak siyahısı mətbuata sızıb. 

Siyahını təqdim edirik. 

Muharrem İncənin həyat yoldaşı Ülkü İncəyə məxsus əmlak siyahısı bunlardır: 

- Yalovada 600 min lirə dəyərində torpaq sahəsi 

- 1 milyon 200 min lirə dəyərində iki əkin sahəsi 

- 750 min lirə dəyərində yaşayış yeri 

-Bir milyon yarım lirə dəyərində torpaq sahəsində yerləşən villa. 

Siyahıda partiya sədrinin atasından miras qalan əmlakı da yer alıb: 

- Çankayada 1 milyon 800 min lirəlik mənzil 

-Bodrumda bir milyon yarım lirəlik villa 

- Modeli 2016-cı ilə aid olan bir ədəd BMW, bir ədəd 2015-ci model Mercedes avtomobilləri 

-3 tapança, 1 tüfəng 

-1 milyon lirə 

-50 min dollar 

-50 min avro 

-225 qram qızıl. 

Məlumatda Muharrem İncənin heç bir borcu olmadığı qeyd edilib. 

Qeyd edək ki, Prezident Ərdoğanın 2 milyon lirə, CHP sədri Kılıçdaroğlunun isə 200 min lirə borcu olduğu açıqlanmışdı. 

Günay Şahmar
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar