Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müraciətini təsdiqlədikdən sonra bu ölkə NATO-nun sayca 31-ci üzvü olacaq.
Türkiyə Finlandiyanı “terrorçuları” dəstəkləməkdə ittiham edərək, onun Qərbin hərbi alyansına daxil olmasını gecikdirirdi.
Ötən ilin NATO-ya üzvlük üçün müraciət edən İsveç hələ də eyni ittihamla üz-üzədir.
Hər hansı ölkənin hərbi ittifaqa qoşulması üçün NATO-nun bütün üzvləri tərəfindən dəstək almalıdır.
Təşkilatın Litvada iyul ayında keçiriləcək sammitində Finlandiyanın üzvlüyü rəsmi olaraq qəbul ediləcək.
Türkiyənin Finlandiyaya yaşıl işıq yandırmasından sonra rəsmi Helsinki alyansa qoşulmaqla ölkəsinin təhlükəsizliyinin güclənəcəyini bildirib. Finlandiya hökuməti NATO çərçivəsində Baltik regionu və Şimali Avropada sabitliyin daha da artacağı qənaətindədir.
“Müttəfiq olaraq öz təhlükəsizliyimizi yüksək səviyyəyə qaldırdığımız kimi digər üzv ölkələrin də təhlükəsizliklərinə tövhə verəcəyik. Bir-birimizi müdafiə edəcəyik. Finlandiya indi və gələcəkdə də İsveçin yanında yer alaraq, onun da üzvlüyünə dəstək göstərəcək”, - Finlandiyanın Baş naziri Sanna Marin Twitter hesabında yazıb.
Türkiyə Prezidenti Recep Tayyib Erdoğan martın əvvəlində Finlandiyanın üzvlüyünə müsbət cavab verib və bu ölkənin Türkiyənin təhlükəsizliyində “önəmli və konkret addımlar” atacağı ilə bağlı açıqlamasını alqışlayıb.
Lakin Ankaranın İsveçə qarşı düşmən mövqeyi aydındır, belə ki Türkiyə lideri bu ölkəni kürd hərbiçiləri təşviq etməkdə və onlara Stokholm küçələrində nümayiş keçirməyə icazə verməkdə günahlandırıb.
Finlandiyanın üzvlüyünün Türkiyə tərəfindən ratifikasiya edilməsi NATO tarixində ən vacib məqamlardan biridir.
Finlandiya Rusiya ilə 1340 kilometr quru sərhədə malikdir və Qərbi Avropanın ən güclü artilleriya arsenalına malik ölkələrdən biri hesab edilir. Rəsmi Helsinki Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğal müharibəsi başlatdıqdan sonra, bu məsələdə neytrallığını pozaraq alyansa qoşulmağa qərar verdi.
İsveç də Finlandiya ilə eyni xətti izləsə də, bu ölkənin Rusiya ilə hər hansı sərhədi yoxdur.
Hər iki ölkə uzun illər NATO-ya qoşulmamağı özlərinin təhlükəsizliyi kimi görürdü.
NATO-nun ən fundamental prinsiplərindən biri budur ki, ittifaqda yer alan bir ölkəyə qarşı hücum təşkilatın bütün üzvlərinə qarşı hücum kimi qəbul edilir.
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Finlandiyanın üzvlüyü əsas strateji geriləmədir.
O, ötən il Ukraynaya ordu göndərərək NATO-nun genişlənməsinə mane olacağını və Qərbi zəiflədəcəyini düşünürdü, lakin tam əksi baş verdi.
Finlandiya NATO-da Baltik dənizi sahilində yerləşən 7-ci ölkə oldu. Bu isə o deməkdir ki, Rusiyanın Sankt-Peterburqdakı sahil ərazisinə, eləcə də Kalininqrad anklavı girişi daha da daralmış oldu.
Rusiyanın xarici işlər naziri daha əvvəl Finlandiyanın NATO ilə bağlı qərarını tənqid edib və bu addımı Rusiyafob isteriya adlandırıb.
Lakin Finlandiya ictimaiyyətinin NATO-ya qoşulmaqla bağlı qərarı Rusiyanın Ykraynaya qarşı başlatdığı müharibədən sonra kəskin dəyişdi.
Demək olar ki, bir gecədə ölkədə NATO-ya qoşulma fikrini dəstəkləyən insanların satı 30 faizdən 80 faizə yüksəldi.
Finlandiya hesab edir ki, NATO-ya üzv olmaqla Rusiyanın mümkün hücumundan özünü qorumuş oldu.
BBC.com