İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi davam edir.
Musavat.com xəbər verir ki, 22 Bəhmən adına Qız Məktəbinin şagirdləri zəhərlənib, 5 şagirdin vəziyyəti ağır olduğundan İmam Sulduz xəstəxanasına aparılıb.
İran əsilli amerikalı jurnalist Məsih Əlinejad tvitter hesabında bu barədə paylaşım edib: “Bu gün İranda yeni ildə tələbələrə qarşı ilk kimyəvi hücum təşkil edilib. Nəqəde şəhərində ən azı 5 şagird zəhərlənərək xəstəxanaya çatdırılıb. Bu, İslam Respublikası tərəfindən tələbələrin zəhərlənməsindən sonra yeni ildə kimyəvi hücuma məruz qalan ilk məktəbdir. “Qadın, Həyat, Azadlıq” inqilabı zamanı qızlar daha cəsarətli olub və bununla da hökuməti qəzəbləndiriblər. İndi İslam Respublikası onları zəhərləyərək başlarından çıxardıqları yaylıqların qisasını almaq istəyir”.
Musavat.com