Artıq filmi internetdə izləmək olmayacaq
Azərbaycanda da geniş tamaşaçı kütləsinə malik olan ən məşhur türk seriallarından biri - "Kurtlar vadisi Pusu" ötən gün yeni mövsümünün açılışını etdi.ANS PRESS-in məlumatına görə, serial yeni kanalında - "Kanal D"də yayımlanır.
Amma ilk seriyanın yayımından sonra filmin heyranlarını üzən xəbər yayıldı. Film heyranları daha öncə seriya bitən kimi izləyə bilmədikləri hissələri internetdn izləyə bilirdilər. Amma "Kanal D" rəhbərliyi bununla bağlı radikal qərar verib.
Belə ki, artıq serial həvəskarları onu internetdən izləyə bilməyəcəklər. İndi "Pusu" həvəskarları təkrar seriyanı izləmək üçün bazar gününü gözləməlidirlər. Belə qərarın verilməsiunə səbəb filmi internetdə izləyənlərin sayının daha çox olması olub. Kanal yayımlanan seriyanı daha öncə yayımlayanlara qarşı mübarizə aparacaq.