TƏCİLİ! Bakıda məktəbdə dəhşətli hadisə- Təhsil ocağında nə baş verir?- YENİLƏNİB

6-04-2023, 14:32   


A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq agentlikdən bildirilib. 

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".

Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən “Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

***

Bakıda 20 nömrəli məktəbdə kütləvi zəhərlənmə olub. 

Musavat.com-a daxil olan məlumata görə bu gün 20 nömrəli məktəb-liseyin bufetindən kütləvi zəhərlənmə olub. Şagirdlərin toyuq ətindən zəhərləndiyi bildirilir. 

Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb.

Hazırda məktəbin qarşısında ona yaxın təcili yardım maşını var.  Zəhərlənən şagirdlər huşsuz vəziyyətdə evakuasiya edilir. 

Musavat.com











00:03





00:16




 


 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.