Zelenskinin SENSASİON PLANI üzə çıxdı - SON DETALLAR

6-04-2023, 17:23   


Məlumata görə, Ukrayna prezidentinin ofisində Polşa ilə konfederasiya planı müzakirə olunur. Söhbət yeni “Reç Pospolita” adlı birliyin yaradılmasından gedir.

Bu Birlik yarana bilərmi?

Politoloq Samir Hümbətov Musavat.com-a bildirib ki, Ukrayna ilə Polşanın birləşmə istəyi real görünmür.

thumb.jpg (316 KB)

“Zelenskinin Polşaya səfərində belə bir fikir səsləndirildi ki, çox az vaxt qalıb, biz Polşa ilə siyasi, fiziki, mənəvi sərhədlərimizi aradan qaldıracağıq. Görünür ki, burada əsas məqsəd konfederativ quruluşa keçməkdir. Lakin düşünürəm ki, bu, asan məsələ deyil. Birincisi, işğal prosesi bitməlidir. Bunun üçün isə uzun müddət lazımdır. Ukraynanın Polşa ilə birləşməsini hazırkı siyasi şərait tələb edir. Amma biz bilmirik ki, bu müharibənin sonunda Ukraynanın vəziyyəti necə olacaq və həmin dövrdə Polşa ilə birləşmək istəyəcək, ya yox. Digər tərəfdən, buna Polşanın reaksiyası necə olacaq, polşalıların istəyi nə olacaq? Ukrayna müharibədə ciddi dağıntılara məruz qalıb. İndiki vəziyyətdə onun bərpası üçün 500 milyard dollardan artıq vəsait lazımdır. Müharibənin gedişatı ilə vəsaitin artacağı gözlənilir. Belə olan halda bu məbləği kim qarşılayacaq, beynəlxalq birlik bu dövlətlərin birləşməsinə icazə verəcəkmi? Ola bilsin ki, birləşmə ilə bağlı bir istək var. Amma siyasət arzu ilə idarə olunmur. Söhbət yeni “Reç Pospolita” adlı birliyin yaradılmasından getsə belə, o dövrdə bu, mümkün idi, amma hazırda bu istəyin reallaşacağı inandırıcı görünmür. Hətta Rusiya kimi böyük bir dövləti kiçik dövlətlərə parçalamağa çalışdılar, belə olan halda Polşa ilə Ukraynanın birləşməsinə icazə veriləcəyi inandırıcı deyil”, - politoloq vurğulayıb.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.