Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyədə seçkini kim qazanacaq? - Sorğu

11-04-2023, 17:30   




Türkiyədə prezident seçkiləri ərəfəsində seçicilər arasında “Optimar” şirkətinin keçirdiyi sorğunun daha bir nəticəsi elan edilib.

Axar.az xəbər verir ki, respondentlərə “Prezident seçkisində kim qalib gələcək” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə görə, seçicilərin 53,4 faizi ölkənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gələcəyini düşünür. Vətəndaşların 42,1 faiz isə CHP lideri Kamal Kılıçdaroğlunun qalib gələcəyinə inanır.

Seçicilərin 3,6 faizi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin, 0,9 faizi isə Sinan Oğanın qalib gələcəyini ehtimal edir.

Xatırladaq ki, “Optimar” şirkətinin keçirdiyi sorğuda vətəndaşların 45,9%-i Ərdoğana, 43,9%-i isə Kılıçdaroğluna səs verəcəyini bildirmişdi.

Qeyd edək ki, Türkiyədə ümumi parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar