Rusiya qana susayıb - Ukraynalıların başı kəsilir və... - DƏHŞƏTLİ AÇIQLAMA

13-04-2023, 19:27   



Rusiya-Ukrayna müharibəsində dəhşətli görüntülər ortaya çıxmaqda davam edir. Rus əsgərlərinin əsir götürdükləri ukraynalı əsgərin başını kəsdiyi anlara aid görüntü yayılıb. Böyük reaksiyaya səbəb olan videonun harada çəkildiyi məlum deyil. Videoda Ukrayna əsgərinin digər əsgərə yalvardığı görünür. Müharibənin dəhşətini ortaya qoyan görüntüdən sonra həm Rusiyadan, həm də Ukraynadan açıqlama gəlib.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski rus əsgərlərinin ukraynalı əsgərin başını kəsdiyi anlara dair görüntülərə münasibət bildirib.

Zelenski deyib ki, bu, Rusiyanın yeni norma yaratmağa çalışdığı bir videodur: “Rusiya bunu yeni normaya çevirməyə çalışır. Hər kəs, hər bir lider buna reaksiya verməlidir. Bunu unutmaq olmaz. Terrorizmə qalib gəlmək lazımdır”.

643734784e3fe01dd46803fc.jpg (127 KB)

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak da sözügedən hadisəyə reaksiya verib: “Rusiya qana susadığını bir daha dünyaya göstərdi”.

Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada görüntünün dəhşətli olduğu vurğulanıb, Ukrayna Təhlükəsizlik Xidmətindən verilən yazılı açıqlamada isə iddialarla bağlı araşdırmalara başlanıldığı açıqlanıb.

Kreml isə hadisəyə ehtiyatla yanaşmağa çağırıb. Kremlin sözçüsü Dmitri Peskov görüntülərin düzgünlüyünün şübhə altında olduğunu bildirib: "Təbii ki, bunlar dəhşətli görüntülərdir və onların dəqiqliyi şübhə altına alınmalıdır. Videonun harada və kim tərəfindən çəkildiyi məlum deyil. Belə kadrların reallığı araşdırılmalıdır".

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.