Ermənistan HƏYƏCANDA: nazir müavinindən absurd bəhanələr və iddialar

15-04-2023, 22:09   


Ermənistan Azərbaycan bayrağının yandırılması hadisəsinə görə ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan yerli mediaya bildirib. Nazir müavininin sözlərinə görə, ən acınacaqlısı odur ki, İrəvanın ev sahibliyini qəbul etməyə artıq bir addım qalıb.

O deyib ki, Ermənistan tərəfi hazırda beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır.

“Hadisə zamanı zalda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti iştirak etdiyindən və idmançıların təhlükəsizliyində heç bir problem olmadığına şəxsən əmin olduğundan Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilməməlidir” - nazir müavini iddia edib.

Vəziyyəydən çıxmağa çalışan Giloyan sosial şəbəkələrin Azərbaycan seqmentində azərbaycanlı idmançıların girov saxlanması ilə bağlı yayılan məlumatları da təkzib edib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri “bir gün əvvəl İrəvandan uça bilməyiblər, çünki rahat reys olmayıb və bunu səhər ediblər”.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.