Ağır bombardman başlayır - Ukrayna təcili silah istəyir

20-04-2023, 09:41   




Təmas qrupunun qarşıdakı günlərdə keçiriləcək iclasında Ukrayna Qərbdən təcili zenit-raket kompleksləri istəyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, Ukrayna rusların ağır bombardman başladacağından ehtiyatlanır, ona görə təcili şəkildə belə sistemlərin verilməsini istəyir.

Qəzetə danışan avropalı məmurlardan biri Ukrayna rəsmilərinin ZRK-larla bağlı məsələni daha tez-tez gündəmə gətirdiyini bildirir.

“Ukrayna ordusu bütün ehtiyatını sonlandırarsa, Rusiya aviasiyasına imkan yaratmış olar”, - deyə bildirilib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.