Rusiya ordusunun elit bölmələri məhv edildi -Ukrayna kəşfiyyatından SON DƏQİQƏ AÇIQLAMASI

20-04-2023, 13:29   


“Rusiya ordusunun elit bölmələri darmadağın edilib"

Musavatcom UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov danışıb.

O bildirib ki, bunun günahkarı Rusiya Prezidenti Vladimir Putindir: “Rus ordusunun, düşmənimizin bütün hücumlarını puç etdik. Onlar ötən ilin fevralında etdikləri hecumları, həyata keçirdikləri cəhdləri bu gün təkrar edə bilmirlər."

Kəşfiyyat idarəsinin nümayəndəsi qeyd edib ki, insanlar bunu rusların məğlubiyyəti kimi başa düşməməlidirlər: “Bu hələ o demək deyil ki, düşmən məğlub olub və ya Ukrayna üçün təhlükə yaratmır. Amma demək olar ki, onların nəfəsi tükənməkdədir və köhnə texnikadan savayı əllərində heç nə qalmayıb.”

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün qabaq müdafiə qüvvələrinin əks-hücuma hazırlaşdığını bildirmişdi.

Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.