Rusiyanın parçalanması başladı: İnquşetiya ayrılır…

24-04-2023, 16:16   


Rusiyanın parçalanması başladı: İnquşetiya ayrılır…


Bir ildən çoxdur Ukraynada müharibə aparan Rusiyaya daxilindən gözlənilməz zərbə gəlib.

Belə ki, İnquşetiyada müstəllik hərakatı başlayıb. 

Onlar İnquşetiyanın Rusiya işğalından azad edilməsi və müstəqilliyi üçün İnquş Qurtuluş Ordusunun yarandığı elan ediblər. Həmçinin, İnquş Müstəqillik Komitəsi yeni silahlı qruplaşmanın gerb və bayrağını da ictimaiyyətə təqdim edib.

Maraqlıdır, bunu Rusiyanın parçalanmasının başlanğıcı kimi qəbul edə bilərik?

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya açıqlamasında bildirib ki, İnquş Qurtuluş Ordusunun yaranması Rusiya dövlətçiliyinin zəifləməsinin açıq göstəricisidir:

"Çünki dövlət zəiflədikcə silahlı qruplaşmalar və bu cür təşkilatlar formalaşmağa başlayır. İnquş Müstəqillik Komitəsinin fəaliyyətə başlaması da Rusiyanın zəiflədiyini göstərir. Bunu Rusiyanın parçalanması üçün atılan addımlardan biri kimi dəyərləndirmək olar. Bu prosesin başlanğıc kimi dəyərləndirilməlidir. Bundan sonrakı mərhələdə Rusiyanın Ukraynadakı vəziyyəti ölkə daxilində bu cür qruplaşmaların sayının çoxalıb-çoxalmayacağına təsir edə bilər. Əslində İnquşetiyanın müstəqillik mübarizəsi 1990-cı illərin əvvəllərindən vardı. Sadəcə olaraq, bunun qarşısı müəyyən yollarla alındı".

Politoloq qeyd edib ki, bundan sonra nəyin baş verəcəyi isə artıq sual altındadır:

"Nəzərə almaq lazımdır ki, Rusiyanın özü elə asan parçalana bilməz. Əgər bu baş versə, Rusiyanın daxilində çox sayda etnik və torpaq münaqişələri meydana gələcək. Hətta bu, gələcəkdə böyük bir problemə də yol aça bilər. Çünki Rusiya xalqların arasında elə nifaq salıb ki, hətta bölünsə belə, orada uzun müddət stabillik ola bilməz".

Samir Hümbətov Çeçenistanda da bənzər addımın atıla biləcəyini diqqətə çatdırıb:

"Artıq Çeçenistanda da müstəqillik hərəkatı ilə bağlı fikirlər səsləndirilir. Xaricdə olan çeçen qüvvələri Çeçenistanın daxilində bu prosesi sürətləndirməyə çalışırlar. Ukrayna müharibəsində 30 mindən çox çeçenin ölməsi də dirəniş məsələsini gündəmə gətirir. Amma Rusiyanın parçalanıb-parçalanmayacağını zaman göstərəcək. Bunlar hələ ki, ilkin təşəbbüslərdir".

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.