Rusiyadan sensasion SÜLH AÇIQLAMASI - Moskva barış istəyir...

30-04-2023, 09:33   


Xəbər verdiyimiz kimi, aprelin 27-də Çin prezidenti Si Cinpin və Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə telefonla danışıblar.

Musavat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Çin prezidentinin Moskvanın şərtləri ilə Ukrayna münaqişəsinə son qoymaq cəhdini alqışladığını bildirib.

“Ukraynadakı münaqişənin bitməsinə və Rusiyanın məqsədlərinə çatmasına kömək edəcək hər şeyi alqışlamağa hazırıq” - Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Zelenski təxminən bir saat davam edən telefon zənginin "uzun və mənalı" olduğunu yazıb. Ukrayna lideri Çinə səfir təyin edəcəklərini də açıqlayıb. Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, Si Zelenskiyə “müharibədən yeganə çıxış yolu danışıqlardır” deyib: "Si ukraynalı həmkarına deyib ki, Çin Ukrayna ilə bağlı hər zaman sülhün tərəfində olub. Pekinin əsas mövqeyi sülh danışıqlarını dəstəkləməkdir".

Pekinin Ukraynaya xüsusi nümayəndəsini göndərəcəyi bildirilsə də, bununla bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Çin lideri 12 bəndlik sülh planı hazırlamış və tərəfləri masaya dəvət etmişdi. Si Cinpin mart ayında Moskvaya səfər etmiş, iki gün dalbadal Rusiya lideri Vladimir Putinlə görüşmüşdü. Sinin Moskvanı tərk etməzdən əvvəl Zelenski ilə telefonla danışaraq iki lider arasında vasitəçilik edəcəyi gözlənirdi, lakin o bunu etməmiş, nəticədə tənqidlərə məruz qalmışdı.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.