“BMW”dən robot avtomobillər

21-09-2014, 09:55   
“BMW”dən robot avtomobillərŞirkət 2025-ci ilədək isə tam robotlaşdırılmış avtomobil yaradacaq

Almaniyanın “BMW” və Çinin “Baidu” şirkətləri pilotsuz avtomobilin prototipini yaratmaq üzərində düşünürlər.

Layihə nəqliyyat vasitələrinin avtomatik idarəetmə texnologiyalarının hazırlanmasını nəzərdə tutur. Çin axtarış sistemi pilotsuz avtomobillərin daxili kompyuterlərinə yüklənəcək yüksək ölçülü xəritələrin hazırlanması ilə məşğul olacaq. Avtomobillər üçün müəyyən yol situasiyalarında müstəqil qərar qəbul etmək bacarığına malik olan elektron sistemlər yaradılacaq.

“BMW” şirkətinin məlumatına əsasən, 2016-cı ilədək şirkət avtomobillərin pilotsuz idarəetmə sistemlərini yaratmağı planlaşdırır. Daha dörd ildən sonra yolun müəyyən hissələrində müstəqil idarə ediləcək yüksək texnoloji prototip yaradılacaq.

2025-ci ilədək isə şirkət tam robotlaşdırılmış avtomobil yaratmaq niyyətindədir. (AzərTac)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.