Azərbaycanın Tehrandakı səfirliyi nə vaxta qədər bağlı qalacaq? - Vacib açıqlama

25-05-2023, 19:13   


“Mənə elə gəlir ki, Azərbaycanın səfirliklə bağlı şərtlərinə əməl olunana qədər Tehrandakı diplomatik missiyamızın binası bağlı qalacaq”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında iranşünas Sədrəddin Soltan deyib. 

Politoloq cari ilin 27 yanvar tarixində Tehrandakı diplomatik korpusumuza qarşı edilən terror hücumundan sonra bağlanan səfirlik binasının nə vaxta qədər qapalı qalacağı ilə bağlı suala cavab verib.

Onun fikrincə, bu şərtlər səfirliyə terror hücumu edən şəxsin cinayət işinin ədalətli aparılması, onun cəzalandırılması, Azərbaycan hüquq-mühafizə orqanları təmsilçilərinin istintaq işində iştirak etməsi, Azərbaycanın İrandakı diplomatik korpuslarının binalarının və əməkdaşlarının, o cümlədən onların ailələrinin yaşadıqları ərazilərdə təhlükəsizliklərinin təmin edilməsidir. O, əlavə edib ki, bunlar Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı başlıca şərtidir. 

“Ona görə də nə qədər ki bu şərtə əməl olunmayıb, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyət göstərməsi, məncə, risklidir. İkinci bir tərəfdən, mayın 21-də İranın Ali Dini Lideri Ayətulla Seyid Əli Xamanei bəyan etdi ki, qonşu və qonşu olmayan müsəlmanlarla yeni münasibətlər qurulmalıdır”, - deyə əlavə edib. 

Müsahibimiz hesab edir ki, bu münasibətlərin qurulması üçün, ilk növbədə, İran tərəfi qonşu və qonşu olmayan müsəlmanlarla arasında yaratdığı problemləri həll etməlidir: 

“Məsələn, Azərbaycanla münasibətləri porblemləri həll edib sonra münasibət qurmaq lazımdır. Qısası, Azərbaycanla münasibətlərin normallaşması üçün vacib və əsas şərtlərdən biri səfirliyin təhlükəsizliyi və yuxarıda sadaladığım amillərdir”. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.