İsveç polisinin axtardığı “Kürd Məcid” kimdir?

28-05-2023, 14:35   

  

 

“Kürd tülküsü” kimi də tanınan 36 yaşlı  miqrant “skandinaviyalı Pablo Eskobar” olmaq arzusundadır

Dünyanın insan üçün ən rahat ölkələrindən biri olan İsveç miqrantların yaratdığı cinayatkar dəstələr səbəbindən əvvəlki dinciliyini itirib. Ötən il ölkədə 62, 2021-ci ildə 45 nəfər güllələnib. İsveçdə odlu silahla  törədilən cinayətlərin sayı Avropa Birliyi ölkələri ilə müqayisədə  iki dəfə yüksəkdir. 10,5 milyon əhalisi olan ölkə üçün bu, statitistika narahatlıq üçün ciddi əsasdır. Ölkədə cinayətkarlıq artır, onların metodları isə daha da amansız xarakter alır. İndi bu cür cinayətlər təkcə silahlardan deyil, əl qumbaralarından, partlayıcı qurğulardan istifadə etməklə törədilir. Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası yazır.

İsveçin ən tanınmış jurnalisti Diamant Salihi ölkədə fəaliyyət göstərən mütəşəkkil cinayət qrupları haqqında iki kitab nəşr etdirib. Salihinin kitablarının əsas “qəhrəmanı” daha çox “Kürd tülküsü” kimi tanınan 36 yaşlı Rava Məciddir. Onun rəhbərlik etdiyi qrup İsveç narkotik ticarətinin əhəmiyyətli hissəsini ələ keçirib. Salihi deyir ki, Rava Məcid “skandinaviyalı Pablo Eskobar” olmaq arzusundadır..

Məcid 1986-cı ildə valideynləri ilə birgə İraq Kürdüstanından bu ölkəyə sığınıblar. qaçdılar. Onun anası solçu kürdlərin- “Peşmərgə”lərin tərkibində Səddam Hüseyn rejiminə qarşı vuruşub. İsveç vətəndaşlığını alan gənc Məcid ilk dəfə üç aylıq həbs cəzası alıb. Sonra daha iki dəfə də həbsə düşüb.

Məcid 2018-ci ildə üç illik həbs cəzasını çəkdikdən sonra azadlığa çıxanda özünü “Kürd tülküsü” adlandırmağa başlayıb. O, bu ləqəbi öz adı ilə (İsveç dilində räv tülkü deməkdir) uyğunlaşdırıb. O vaxtdan Məcid tülkü kulonlu qızıl zəncir taxır.

Onun rəhbərlik etdiyi qrup tezliklə digər cinayətkar qruplaşmalarla əsl müharibəyə başlayıb.   

Yerli olmayan isveçlilər, birinci və ya ikinci nəsil miqrantlar uşaqlarının da mütəşəkkil cinayətə cəlb olunacağından qorxurlar.   Son vazxtlar ölkənin Albi şəhərində kriminal qarşıdurmalar  kifayət qədər tez-tez baş verir. “Mən burada böyümüşəm. Həmişə buranın təhlükəsiz olduğunu düşünürdüm. İndi axşam səkkizdən sonra çölə çıxmağa qorxuram ”deyə, qadınlardan biri şikayətlənib.

Maraqlıdır ki, İsveçdə 2020-ci ildə mütəşəkkil cinayətkarlara ciddi zərbə vurulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstələr tərəfindən istifadə edilən “EncroChat” şifrəli telefon şəbəkəsinə daxil ola biliblər və cinayətkar şəbəkənin yüzlərlə üzvü həbs edilib. Amma tezliklə yeni cinayətkar şəbəkələr ortaya çıxıb ki, indi onun başında “Kürd Məcid” dayanır. 

Onun kuryerlərindən biri həbs olunduqdan sonra “Kürd Tülküsü” ilə bağlı sübutlar toplanıb, amma onu həbs etmək mümkün olmayıb.  Əvvəlcə valideynlərinin vətəninə - İraq Kürdüstanına gedib, sonra isə Türkiyədə “üzə çıxıb”.

Məcid “rəsmi bioqrafı” Diamant Salihi ilə söhbətdən deyib ki, ona Türkiyə vətəndaşlığı bu ölkəyə yatırdığı sərmayələr hesabına əldə edib. Məcid indi narkotik biznesini uzaqdan idarə edir. Eyni zamanda, İsveçin ekstradisiya tələbləri dəfələrlə rədd edilib.

İsveçdəki mütəşəkkil dəstələrin əksəriyyəti immiqrant mənşəli insanlardan ibarət olduğundan, bu, təbii olaraq ölkədə sağçı siyasi qüvvələrin populyarlığını artırıb.  Təsadüfi deyil ki, 2022-ci il parlament seçkilərində millətçi İsveç Demokratları 20%-dən çox səs toplayıb.

Seçkilər nəticəsində sol-liberal hakim koalisiya sağçı mühafizəkar koalisiya ilə əvəz olundu. Yeni hökumət artıq mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni sərtləşdirməyə, elektron nəzarəti genişləndirməyə və qanun pozuntusuna yol vermiş miqrantları ölkədən çıxarmağa söz verib.

Lakin bu cür sər inzibati tədbirlər cinayətkarlığın qarşısının alınması üçün yetərli hesab edilmir. Sosioloqlar  hesab edir ki, hakimiyyət miqrantların cəmiyyətə inteqrasiyasını kömək edə bilməyib. 

Orxan ƏLİYEV,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.