Türkiyəli politoloq: “İrandan sonra Rusiya da Qafanda konsulluq açmağı düşünür”

31-05-2023, 14:45   




“Bildiyimiz kimi, Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə Prezident seçildi. Ərdoğan indi həm daxili, həm də xarici siyasətdə struktur dəyişiklikləri edərək vəzifəsini uğurla başa vurmaq istəyir. Bu səbəbdən də xarici siyasətdə sülhü mümkün qədər ön plana çıxarmağa çalışacaq və adının sülh içində çəkilməsi istiqamətində mühüm işlər görəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay bildirib. 

Siyasi şərhçi deyib ki, Türkiyə artıq Cənubi Qafqazda daha aktiv rol oynamağa çalışacaq:

“Məlum olduğu kimi, Ərdoğan Cənubi Qafqazda sülhün bərqərar olması üçün iyunun 1-də keçiriləcək mühüm görüş üçün Moldovaya gedir. Adətən yeni seçilən baş nazir və ya Prezident əvvəlcə Kiprə, sonra isə Azərbaycana gedirdi. Amma indi Ərdoğan əvvəldən planlaşdırılan görüş üçün Kişinyova gedir. Orada Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparacaq".

Politoloq Zəngəzur dəhlizi istiqamətində də mühüm addımların atılacağını qeyd edib:

"İrandan sonra Rusiya da Ermənistanın Qafan bölgəsində konsulluq açmağı düşünür. Belə olacağı təqdirdə Cənubi Qafqazın geosiyasəti Qarabağdan daha da cənuba, yəni Zəngəzura doğru dəyişəcək. Bu, İran və Rusiya üçün son dərəcə əhəmiyyətlidir. 

Hesab edirəm ki, Türkiyə regionda aktiv siyasət aparan bir ölkə kimi ayaq üstə durmaq üçün əlindən gələni edəcək. Eyni zamanda Ermənistanla problemlərini həll edəcək və stabil Cənubi Qafqaz quracaq”. 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.