Makron ordadırsa, sülh olmayacaq – Metyu Brayza

1-06-2023, 12:36   




Bu gün Kişinyovda İlham Əliyev, Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə keçiriləcək görüşdə hansısa ciddi addımlar atıla bilər. Ancaq Makron faktorunu unutmaq olmaz.

Bu sözləri Axar.az-a Avropa Siyasi Birliyinin Kişinyovdakı Zirvə Toplantısı çərçivəsində keçiriləcək beştərəfli görüş haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.

“Keşkə Prezident Makron özünü prosesə qatmaq məcburiyyətində hiss etməyəydi. Başa düşürəm ki, onun bu addımı daxili siyasət üçündür, lakin o, artıq Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini çoxdan bildirib. Deməli, Makron heç də obyektiv vasitəçi deyil. Yaxşı ki, Şolts orada olacaq. Onun balans yaradacığını və ya balansı qoruyacağını düşünürəm”, - o bildirib.

Brayza qeyd edib ki, Makronun görüşdə iştirak edirsə, sülh müqaviləsinin imzalanması barədə razılığa gəlmək mümkün olmayacaq:

“Ümumiyyətlə isə Kişinyovdakı görüşün prosesi müəyyən qədər irəli aparmağa kömək edəcəyinə inanıram. Ümid edirəm ki, görüş tərəflər arasında fikir ayrılıqlarının azaldılmasına və sonrakı mərhələdə Co Bayden, Entoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh müqaviləsinin imzalanması haqqında razılığın əldə olunmasına töhfə verəcək”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.