Tehran qəzəblənib: “Azərbaycan xalqı İrandan deyil, İsraildən qorxmalıdır”

5-06-2023, 15:34   


Tehran qəzəblənib: “Azərbaycan xalqı İrandan deyil, İsraildən qorxmalıdır”


İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kanaani Azərbaycan Xarici İşlər Nazirliyinin vətəndaşlara İrana səfərdən çəkinmələri barədə xəbərdarlığına münasibət bildirib. 

Cebhe.info xəbər verir ki, “Azərbaycan xalqı sivil İslami İrandan deyil, İsraildən qorxmalıdır”, - deyə Kanaani tviter hesabında yazıb.

O vurğulayıb ki, İranın siyasəti hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlara qucaq açmaqdır. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, İslam Respublikası qarşılıqlı hörmət çərçivəsində dostluq xarakteri daşıyan siyasəti davam etdirmək niyyətindədir.

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində 1 nəfərin ölümü, 2 nəfərin yaralanmasından sonra iki ölkə arasında münasibət gərginləşib. Tehran polis idarəsinin rəisinin sözlərinə görə, dindirilmə zamanı saxlanılan şəxs hücumu şəxsi və ailə problemləri ilə izah edib. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.