“Azərbaycan 500 min dollar cərimə ödədi”-Nazir

25-09-2014, 10:06   
“Azərbaycan 500 min dollar cərimə ödədi”Azərbaycan millisi Beynəlxalq Ağır Atletika Federasiyasının cəriməsini ödəyib.


“Qafqazinfo”nun anspress-ə istinadən verdiyi xəbərə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir bildirib ki, beynəlxalq federasiyanın 500 min dolları ödənilsə də, hələlik bəzi məsələlər açıq qalıb:

“Bunlarla bağlı müzakirələr aparılır. İndiyədək bəzi suallarımıza cavab verilməyib. Nəyə görə idmançının dopinq-testdən keçə bilməməsi bir ildən sonra elan olunur? Bunlarla bağlı işlər yekunlaşandan sonra tam açıqlama veriləcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.