“Biz “Bordo” ilə oyuna hazırıq. “Marsel” haqqında danışmaq isə lazım deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sent-Etyen” klubunun baş məqşçisi Kristof Qaltye deyib.
“Yaşıllar” ölkə çempionatının VII turunda dogma azarkeşləri önündə “Bordo”nu qəbul edəcəklər. Sabah baş tutacaq oyunöncəsi təcrübəli çalışdırıcı mətbuat konfransı keçirib.
Qaltye Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”la oyunlarının yaxşı alındığını vurğulayıb: “Hər halda, biz rəqibi eyni kateqoriyada qiymətləndirməliyik. “Bordo” yeni məşqçi və yeni oyunçularla mövsümə çox yaxşı başladı. Onlar da çempionluq uğrunda mübarizə aparır. Rəqibimiz Avropa Liqasında bəzi maraqlı nəticələr əldə edib. Bundan sonrakı hədəfimiz evdə “Bordo”nu məğlub etməkdir. Ölkə çempionatında “Kan”a və Avropa Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”a qarşı oyunumuz yaxşı alındı”.
Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” matçı 0:0 hesabı ilə yekunlaşmışdı.