Danimarkada hazır vəziyyətdə uçuş qərarı gözləyən reaktiv təyyarələr təcili şəkildə Küveytə göndərilib.
Danimarka parlamenti İŞİD-i vurmaq üçün nəzərdə tutduğu 7 reaktiv F 16 təyyarəsinin əməliyyata başlamasına göstəriş verib. Təyyarələr təcili şəkildə Küveytə göndərilib.
Müdafiə naziri Nikolay Vammen, “Təyyarələrin hələlik necə bir missiya daşıyacağı müəyyən olunmayıb. Ancaq xalqı qoruyacağı qətidir. F 16-ların İraqın, yaxud Suriyanın hava sahəsində əməliyyata başlayacağı bölgəyə çatdıqdan sonra məlum olacaq”, - deyə bildirib”.