Bu gün Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğlunun məhkəmə prosesi keçirilib.
Xətai Rayon Məhkəməsində hüquq müdafiəçisi, Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin işi üzrə proses keçirilib.
O.Gülalıyev virtualaz.org-a açıqlamasında bildirdi ki, məhkəmə prosesi oktyabrın 15-nə təxirə salınıb: “Bugünkü məhkmə prosesində şahidlər dindirildi. Şahidlər bu gün verdikləri ifadələrində hadisədən xəbərdar olmadıqlarını dedilər. Onlar hadisə ilə bağlı izahat yazmadıqlarını söylədilər. Şahid qismində dindirlən məktəblilər izahatın polis tərfəindən yazıdlğını və məktəbdə direktorun otağında təzyiqlə onlar tərəfindən imzalatdırıldığını hakimin diqqətinə çatdırdılar. Bu bir daha sübut edir ki, bu qurama bir işdir. Sadəcə bizi yormaq istəyirlər. Yenə məhkəməni təxirə saldılar”.
Qeyd edək ki, O.Gülalıyevin oğlu Əli Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur və hazırda polis nəzarətindədir. O, ötən il sentyabrın 23-də Bakıda, yaşadığı NZS qəsəbəsində döyülüb və xəsarət alıb, xəstəxanada əməliyyat olunub.
Cinayət işinin materiallarına əsasən, həmin ərəfədə Əli Gülalıyev oxuduğu 165 saylı orta məktəbdə Bayram Sultanov adlı şəxslə dalaşıb.