Həsən Əliyev Ramazan Səlimovu vəzifə təyinatı ilə baõlı kimlərlə görüşdürüb?
“Milyonluq qalmaqal”la baõlı redaksiyamıza yeni təfərrüatlar daxil olub. Söhbət Bakı Aõır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqaldan gedir. Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub.
Həsən Əliyev isə ittihamları qəbul etmir. O, bildirir ki, sadəcə Nərimanov Rayon Polis Idarəsi (RPI) 16-cı polis bölməsinin rəisi Hikmət Usubovla rayonun keçmiş prokuroru Fikrət Mahmudovun qurduõu tələyə düşüb. Yeri gəlmişkən, Fikrət Mahmudov məhz bu məsələyə görə tutduõu vəzifədən azad edilib.
“Gülər Əhmədova olayı”nı xatırladan bu hadisə barədə ilk dəfə “Azadlıq” qəzeti yazıb. Həmin vaxt bu olaya görə həbs edilən Elman Məmmədovun vəkili Adəm Məmmədov da bəzi təfərrüatları qəzetimizə açıqlayıb. Məhz Adəm Məmmədovun açıqlamalarından sonra Həsən Əliyevin hakimliyinə xitam verilib və barəsində cinayət işi başlanıb.
(Əvvəli ötən sayımızda)
Keçmiş hakim icra başçısı təyinatı üçün rüşvətin məbləõini açıqlayır
Ramazan Səlimov ifadəsində yazır ki, 2011-ci ilin sentyabr ayına qədər Elman Məmmədovla əlaqə saxlamayıb. Sentyabrın əvvəllərində isə Elman Məmmədov Ramazan Səlimova zəng vuraraq onu mühüm bir adamla görüşdərəcəyini bildirib. Görüş
“Koala” parkında “Muõan” kafesində planlaşdırılıb. Orada bəlli olub ki, Elman Məmmədovun dediyi mühüm adam Həsən Əliyevdir: “Elman onu mənə təqdim etdi, 3-5 dəqiqə onun haqqında danışdı, dedi ki, bu adam Həsən müəllimdir, əslən naxçıvanlıdır, hazırda Bakı Aõır Cinayətlər Məhkəməsində hakim işləyir, əvvəllər Bakı şəhəri Binəqədi rayon məhkəməsinin sədri vəzifəsində işləyibdir. Elman Məmmədov Həsən Əliyevin özü eşidə-eşidə mənə dedi ki, Həsən müəllimin yüksək vəzifəli şəxslərlə çox geniş əlaqələri var, bu əlaqələrdən istifadə etməklə mənim işə düzəlmə məsələmi müsbət həll etməyə qadir bir şəxsdir.
Həsən Əliyev mənimlə tanış olandan sonra Elmana dedi ki, Sarıyevə deyərsən ki, oõlu sabah saat 10-da notarial qaydada təsdiq olunmuş sənədlərlə birlikdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisinin yanına getsin. Elmanla Həsən Əliyevin danışıõından başa düşdüm ki, söhbət Aõdam rayonunun sabiq icra başçısı Həsən Sarıyevdən gedir, onun oõlunun Fövqəladə Hallar Nazirliyində işə düzəlmə məsələsini Elman Məmmədov Həsən Əliyev vasitəsilə həll edir. Qeyd edim ki, Həsən Əliyev həmin FHN-nin idarə rəisinin adını da Elmana dedi, ancaq mən hazırda o adı xatırlaya bilmirəm. Həmin kafedə Həsən Əliyevlə təxminən 2 saata yaxın söhbət etdik.
Həsən Əliyev məndən ilk olaraq onu soruşdu ki, sən hansı sahədə və hansı vəzifədə işləmək istəyirsən? Mən də öz növbəmdə ondan soruşdum ki, siz hansı sahəyə məni işə düzəldə bilərsiniz? Həsən mənə cavab verdi ki, o baxır sənin yorõanının aõırlıõına, yəni puluna. O əlavə etdi ki, səhiyyə və güc nazirliklərindən başqa istənilən sahəyə məni istənilən vəzifəyə təyin etdirmək imkanına malikdir, hətta rayonların birinə icra hakimiyyətinin başçısı vəzifəsinə də təyin etdirə bilər, belə bir imkanı, əlaqələri vardır. Mən ona cavab verərək məsul bir vəzifədə işləmək istədiyimi, əgər işim düzələrsə heç kimi narazı salmayacaõımı dedim".
Həsən Əliyev Ramazan Səlimova CV hazırlamaõı və tez bir zamanda ona çatdırmaõı tapşırıb. CV keçmiş hakimə veriləndən bir müddət sonra o, Ramazan Səlimova zəng vuraraq onunla görüşmək istədiyini bildirib: “2011-ci ilin noyabr ayının 1-də nahar vaxtı təklikdə Dənizkənarı Milli Parkda olarkən Həsən Əliyev mənə zəng vurdu. Biz bir-birimizə telefon nömrələrimizi verməmişdik, mənə dedi ki, nömrəmi CV-dən götürüb. O, mənim harada olduõumu soruşdu, mən Milli Parkda olduõumu deyəndə, mənə dedi ki, 5-10 dəqiqəyə ”Sahil" baõının yanında görüşək. Doõrudan da 10 dəqiqədən sonra o deyilən yerə gəldi. “Izmir” restoranında oturub çörək yedik. Yemək zamanı dedi ki, guya Elmana zəng vursa da tapa bilməyib, ona görə məni yıõıb. Həsən mənə bildirdi ki, mənim sənədlərimi lazımi adamlara göstərib, Daxili Işlər, Milli Təhhlükəsizlik nazirlikləri tərəfindən tam yoxlanılmışam və mənim icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunma məsələmə baxılmasına razılıq verilib. Həsən bir daha dedi ki, çalışıb qısa müddətə mənim işimi düzəldəcək, hər şey mənim gücümdən asılıdır. Daha sonra o icra başçısı vəzifəsinə təyin olunmaõım üçün bildirdi ki, regiondan, rayonun böyük-kiçikliyindən asılı olaraq icra başçısı vəzifəsinə təyinat üçün məndən 1-5 milyon ABŞ dolları pul tələb olunur. Mən ona birbaşa dedim ki, mənim gücüm 1 milyona çatar, kiçik rayona başçı təyin olunmaõa razıyam. Işə düzələndən sonra başqa rayona keçirilməyimi özüm də sonra həll edərəm".
Bir icra başçısına 600 manatlıq spirtli içki, digərinə isə 900 manatlıq saat
Bu görüşdən az sonra Həsən Əliyev növbəti dəfə Ramazan Səlimova zəng vurub. Onlar Bakı Aõır Cinayətlər Məhkəməsinin yaxınlıõındakı kafedə nahar ediblər. Həsən Əliyev Ramazan Səlimova əmin edib ki, işinin 50 faizi artıq həll olunub.
2011-ci ilin noyabr ayının əvvəllərində isə Ramazan Səlimovla Həsən Əliyev ikinciyə məxsus “Range Rover” markalı avtomobillə Siyəzən rayonuna gediblər: “Rayonun icra başçısı, soyadını bilmədiyim Arif (Soyadı Qasımov - V.M) adlı şəxslə görüşdük. Həsənin tapşırıõı ilə Mərkəzi Bankın yanındakı supermarketdən 600 manat dəyərində spirtli içki dəstini hədiyyə kimi aldım. Arif müəllimlə onun ikinci mərtəbədəki kabinetində görüşdük, hədiyyəmi ona təqdim etdim. Həsən məni ona sanballı bir yoldaş kimi, dost kimi təqdim edərək məni özünə birinci müavin götürməyi xahiş etdi. Pul söhbəti açılmaq istəyəndə Həsən dedi ki, o məsələlərin hamısını o özü həll edəcəkdir, Arif etirazının olmadıõını dedi, Həsən ona dedi ki, sən təqdimatı yaz, aõ evdə özümüz həll edəcəyik. Arif yuxarı ilə məsləhətləşib cavab verəcəyini dedi. Beləliklə söhbətimiz çox yaxşı alındı və biz Siyəzəndən Bakıya qayıtdıq. Iki-üç gündən sonra Həsənlə onun iş yerinin yaxınlıõında iş vaxtından sonra görüşdük, Həsən Arifə zəng vuranda sonuncu dedi ki, yuxarı ilə danışıb və ona deyiblər ki, birinci müavin yalnız yerli sakin olmalıdır və məni rayonda peşə məktəbinə direktor təyin etməyi təklif etdi. Həsən mənim fikrimi soruşanda mən etiraz etdim. Həsən darıxmamaõı məsləhət görüb məni başqa rayona yerləşdirəcəyini dedi.
2011-ci ilin noyabr ayında, dəqiq tarixini xatırlamadıõım gündə Həsən Əliyev mənə zəng vurub dedi ki, icra başçısının birinci müavini təyin olunmaq məsələmin həlli üçün Qobustan rayon icra hakimiyyəti başçsısı Adil Məmmədovla görüşmək lazımdır və onda xoş təəssürat yaratmaq lazım olduõunu deyib ona qiymətli qol saatı hədiyyə etməyimi tapşırdı. Mərkəzi Univermaqdan 900 manata markasını xatırlamadıõım qol saatını hədiyyə kimi alıb qablaşdırdım və Qobustan rayonuna yola düşdüm. Rayon icra hakimiyyətində başçının köməkçisi Adil müəllimin Bakı şəhərində olduõunu dedi, Həsənə zəng vurub məlumat verdim və geri qayıtdım. “20 yanvar” metrostansiyasının yanına çatanda Həsən mənə zəng vuraraq Qobustana qayıtmaõımı tapşırıb, Adilin məni gözlədiyini dedi. Mən yenidən Qobustan rayonuna qayıtdım və Adil müəllimlə sonuncunun otaõında görüşdüm, hədiyyəsini ona təqdim etdim. Adil dedi ki, elə mənə sənin kimi adam lazımdır, özüm dörd rayonda başçı işləmişəm, Bakı şəhərinə getmək istəyirəm və gedəndə səni öz yerimə qoyaram. Ümumi şöbənin müdirini yanına çaõırıb mənim sənədlərimi hazırlamaõı tapşırdı və sənədlərin Prezident Aparatına göndəriləcəyini dedi. Ümumi şöbənin Qənimət və ya Mərifət adlı müdiri olan cavan oõlan mənə xüsusi blanklar verdi, onları doldurdum, çıxanda icra başçısının çıxıb getdiyini gördüm. Ancaq bu görüşdən də bir nəticə hasil olmadı.
Bundan sonra Həsən yenə zəng vuraraq məni “Kişmiş” restoranına dəvət etdi. Öz yanında olan şəxsi mənə Tərtər rayonunun icra başçısı Ceyhun (Soyadı Cəfərov - V.M) adlı şəxs kimi təqdim etdi. Sonralar televizorda mən həmin şəxsi Tərtərin icra başçısı kimi çıxış edəndə gördüm. Həsən ona dedi ki, bayaq haqqında danışdıõım adam budur, onun bütün dəftər-kitabı məndədir. Ceyhun mənə dedi ki, bizim rayon cəbhə bölgəsidir, işləmək bir az aõırdır. Mən etirazımın olmadıõını dedim, Ceyhun bu işlə məşõul olacaõını dedi. Ancaq ondan bir xəbər çıxmadı".
Fikrət Məmmədov, Aydın Əliyev və Fazil Məmmədovla dost olan şəkili “deputat”
Həsən Əliyev daha sonra Ramazan Səlimovu bir deputatla görüşdürüb. Daha doõrusu Ramazan Səlimovla “Kişmiş” restoranında görüşən şəxs özünü deputat kimi təqdim edib. Ramazan Səlimovun sözlərinə görə, həmin şəxs adını deməyib. Ramazan Səlimovun yadında qalan yalnız bu olub ki, özünü deputat kimi təqdim edən 55-60 yaşlı şəxs Şəki ləhcəsində danışıb. O, bildirib ki, vergilər naziri Fazil Məmmədovla, ədliyyə naziri Fikrət Məmmədovla və dövlət gömrük komitəsinin sədri Aydın Əliyevlə yaxın münasibətləri var. Ramazan Səlimova həmin qurumlarda vəzifə təklif edib.
Görüşdə başqa bir şəxs də olub. Ramazan Səlimovun sözlərinə görə, Rəhim, yaxud da Rəşid adlı (ifadəsində adını dəqiq xatırlamadıõını qeyd edib) həmin şəxs ona deyib ki, tikinti biznesilə məşõuldur. Bu şəxs də Şəki ləhcəsi ilə danışırmış.
Ramazan Səlimov qeyd edir ki, o, bu görüşdən uõurlu nəticə gözləməyib və bunu Həsən Əliyevə də deyib. Ramazan Səlimovun düşündüyü kimi də olub. Yəni, həmin şəxslərdən də xəbər çıxmayıb.
Həsən Əliyev bundan sonra Ramazan Səlimovu Mingəçevirin icra başçısı ilə görüşdürüb. Ramazan Səlimov onun adını xatırlamadıõını yazıb. Bu görüş də 2011-ci ilin noyabr ayının ortalarında “Kişmiş” restoranında baş tutub. Həmin vaxt isə Mingəçevirin icra başçısı nəqliyyat naziri Ziya Məmmədovu yaxınlıõı ilə tanınan, hazırda Qubanın icra başçısı vəzifəsində çalışan Mübariz Aõayev olub: “Həsən ona da məni özünə müavin götürməyi təklif etdi və mənim bütün dəftər-kitabımın hazır olduõunu söylədi. Həmin şəxs də mənim işimlə məşõul olacaõını bildirdi. Həmin şəxslərə hər hansı hədiyyə alıb verməmişəm, ancaq restoranın hesablarını həmişə mən ödəmişəm.
2011-ci ilin yenə noyabr ayının axırlarında Həsən mənə zəng vurub Şamaxının icra başçısı Asif (Soyadı Məmmədov. Bu şəxs 2013-cü ildə “eşşək heykəli qalmaqalı”na görə tutduõu vəzifədən azad edilib. Asif Məmmədov deputat Iqbal Məmmədovun qardaşıdır - V.M) adlı şəxslə görüşə göndərdi. Onunla icra hakimiyyətinin inzibati binasının qarşısındakı baõda görüşdüm, orna hər hansı hədiyyə alıb aparmadım, gəzə-gəzə söhbət etdik, Asif mənə dedi ki, sənin haqqında mənə deyiblər, mən sənin təyinatına etiraz etmirəm, onsuz da mən bir müddət sonra yerimi dəyişəcəm, elə sən özün mənim yerimdə qalarsan. Mənimlə onun arasında pul söhbəti olmadı, axşam Şamaxıda oteldə qaldım və səhərisi gün icra hakimiyyətinin 3-cü mərtəbəsində anket doldurdum və Bakıya qayıtdım. Həsənlə görüşdükdə o dedi ki, hər şey plan üzrə gedir, görək hansı rayon tez düzəlsə ora da gedəcəksən".azadlıq.info