“Təcridxanada qadınlara deyirlər ki, lüt soyundurub, saçınızdan tutub sürüyərik”

13-06-2024, 10:36   


Baş redaktor Ombudsmanı təcili təcridxanaya çağırıb


İyunun 12-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızının istintaq dövründə həbsdə saxlanma müddətinin daha 3 ay uzadılması üçün prokurorun verdiyi təqdimata baxılıb.

Hakim Fuad Axundovun sədrliyilə keçirilən məhkəmə prosesində Sevinc Vaqifqızı özü də iştirak edib. Jurnalist bildirib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı saxtadır, “AbzasMedia”da Əliyevlər ailəsi də daxil oımaqla, məmurların korrupsiya əməlləri, sərvətləri barədə yayımlanan araşdırmalara görə həbs olunub:


Sevinc Vaqifqızı saxlandığı Bakı İstintaq Təcridxanasında qadınlara qarşı işgəncə, pis rəftar hallarından da danışıb. Jurnalist bildirib ki, təcridxananın rəis müavini, rejim rəisi və digər səlahiyyətlilərin qadın dustaqlara qarşı qanunsuzluqlarını ictimailəşdirdiyinə görə onun ailə üzvlərilə telefon danışıqlarına qadağa qoyulub.

Telefon danışığı hüququnun qanunsuz məhdudlaşdırıldığını vurğulayan Sevinc Vaqifqızı deyir ki, Bakı İstintaq Təcridxanasında qadınları lüt soyundurub, saçından tutub sürüməklə hədələyirlər.

Jurnalist Ombudsman Səbinə Əliyevanın təcili Kürdəxanıdakı istintaq təcridxanasına gəlməsini və vəziyyətlə maraqlanmasını istəyib.

MEYDAN.TV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar