“VHP-çi Fəzail İbrahimlinin Vahid Əhmədova "ya mandat, ya vicdan" sözlərini yəqin xatırlayarsınız. Vahid Əhmədov birincidən imtina etməyə məcbur oldu, amma Fəzail İbrahimli həmişə birincini seçməyə məhkumdur. Çünki ikinciyə çıxışı yoxdur!”. Anaxeber.info bildirir ki, bu postu jurnalist Natiq Cavadlı paylaşıb. Vahid müəllim, az yaş fərqimiz var. Gənclər bizdən öyrənməlidir. Qeyd edək ki, parlamentin iclasında F.İbrahimli V.Əhmədovun bloger Mehmana verdiyi müsahibəyə cavab olaraq onu mandatı təhvil verməyə çağırmışdı. Sitat: “Məgər Azərbaycan parlamenti dövlətin bir qolu deyil? Sən sınıq qolun yanında olursan? Adama deyərlər ki, istəmirsənsə, çıx, get! Bəyənmirsən, açıq şəkildə mandatını qoy, çıx, get! Siz o solaxay düşüncələrin sahibi ilə üz-üzə oturmusunuz. Vahid müəllim, sizin maddi durumunuz Azərbaycanda hamıdan yaxşıdır. Statusunuz var, vəzifəniz var. Nə istəyirsiniz?” Daha sonra spikerə müraciət etdi: “Sahibə xanım, Azərbaycan parlamentində oturub, Azərbaycan parlamentinin ünvanına nalayiq ifadələr işlədən hər kəs cəzasını almalıdır!”
Anaxeber.info