33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa bitərəf namizəd, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc avqustun 9-dan seçicilərlə görüşlərə start verib. Anaxeber.info məlumat verir ki, Zahid Oruc təbliğat kampaniyasına Xətai rayonunda yerləşən 44 günlük müharibədəki qələbənin simvolu olan Zəfər abidəsini ziyarət etməklə başlayıb. Bunun ardınca, deputatlığa namizəd dairə üzrə seçicilərlə görüşlər keçirməyə, onların tələb və təkliflərini, şikayət və problemlərini davam edib. Z. Oruc hər gün bir ərazidə olur, sakinlərlə söhbətləşir, onları narahat edən məsələləri dinləyir, qeydlər aparır və problemlərinin həlli üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırır. Belə görüşlərdən biri Neapol 7-də baş tutub. Z. Oruc seçicilərlə görüşüb, onlara platformasını təqdim edob, suallarını və müraciətlərini qeydə alıb. Maraqlı görüşlərdən biri isə "Ağ şəhərdən Yaşıl Xətaiyə" şüarı və devizi altında keçirilib. Zahid Oruc rayonda, yaşıllıqların salınması, meşə zolaqlarının genişlənməsi üçün daha çox işlər görülməsinin vacibliyindən danışıb, deputat seçiləcəyi təqdirdə Xətai rayonunda bu istiqamətdə aktiv işləyəcəyini bildirib. Bundan əlavə, əvvəlki seçkilərdə seçicilər qarşısına görülən işlərin hesabatına dair hazırlanan müxtəlif formatlı çap məhsulları ilə çıxmaq ənənəsini davam etdirərək, xətaililərlə görüş üçün “Xüsusi Buraxılış” nəşr edilib. Zahid Oruc özünün sosial media platformasında isə qeyd edib ki, insanlarımızı dinləyirik, qapı-qapı gəzərək, seçicilərimizin yanında olacağıq. Təbii ki, Zahid Oruc seçicilərlə fərdi görüşlərə də üstünlük verir. Onların problemlərini, xahişlərini dinləyir, həlli üçün dəstək olur.
Onu da deyək ki, bu seçkiləri əvvəlkindən fərqləndirən səviyyəni Zahid Oruc açıqlayıb. Deputatlığa namizəd bildirib ki, tariximizdə ilk dəfə deputatlığa namizədlərin seçki proqramlarında “Ümummilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq.
Eyni zamanda, seçicilərlə görüşlərlə bağlı Zahid Oruc vurğulayıb ki, Onun sözlərinə görə, Xətai rayonunun həyatında baş verən inkişaf və dəyişiklikləri qürurla qeyd edən görüş iştirkaçıları, eyni zamanda, karyera quruculuğu, müxtəlif dövlət xidmətlərindən faydalanmaq üçün qarşılaşdıqları maneələr, işsizlik problemləri, şəhər infrastukrurunun yenilənməsi zamanı mülkiyyət hüquqlarının qorunmasının vacibliyi, şəhid ailələri və qazilər dövlət protokolunda birinci sırada nəzərə alınması və digər mühüm təkliflərini irəli sürürlər.
Anaxeber.info