"Cənubi Qafqazda müharibə qızışacaq, İran və Rusiya bu münaqişəyə cəlb olunacaq"

22-08-2024, 15:00   




23

“Putinin Azərbaycana səfəri Ukrayna ordusunun Kursk bölgəsini işğal etməsi ilə eyni vaxtda düşdü. İsrail və ABŞ İranı böyük bir işə cəlb etmək üçün əllərindən gələni edir. Müharibə, Putinin Azərbaycan lideri ilə görüşü, Əliyev-Putin səviyyəsində imzalanmış sənədlər özlüyündə daha əhəmiyyətli məna kəsb edir”.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə erməni hərbi ekspert Hayk Nahapetyan çıxış edib.


“Putinin səfərinin əsas məqsədi Cənubi Qafqazda müharibənin qızışmasının qarşısını almaqdır. Çünki müharibəyə Rusiya və İran cəlb olunacaq. Fikrimcə, Rusiya prezidenti Böyük Britaniyanın himayəsi altında Ermənistan-Azərbaycan sərhədində ciddi hərbi münaqişənin hazırlandığından xəbərdardır. Bu mənim təhlilimdir. Əliyevə xəbərdarlıq edilib ki, Cənubi Qafqazda müharibə olarsa və bunun təhrikçiləri Paşinyan və Əliyevdirsə, Rusiyanın belə təşkil olunmuş müharibəyə cavabı çox sərt olacaq”, – Nahapetyan bildirib.

Onun sözlərinə görə, müharibə ilə əlaqədar Sünik (Qərbi Zəngəzur) hərbi əməliyyatlar səhnəsinə çevrilməlidir. Çünki Böyük Britaniya bu hissəni Ermənistandan kəsmək niyyətindədir ki, bu da Meğri və Aqarağın 42 km-lik hissəsinə gətirib çıxaracaq. Beləliklə İranın hərbi və strateji əhəmiyyətli müxtəlif müqavilələri olan Rusiya ilə əlaqəsi kəsiləcək.

Hərbi ekspertin fikrincə, Rusiyanı ancaq bizim coğrafi mövqeyimiz maraqlandırır.

“İndi isə həmin coğrafi mövqeyə nəzarət uğrunda mübarizə gedir “, – Nahapetyan fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.