Binəqədinin icra başçısı ilə bələdiyyəsi əlil anasını necə aldatdı? –VİDEO
10-10-2014, 17:55
[img]http://anaxeber.info/uploads/posts/2014-10/1412945467_blin
Həlimə Məmmədova bir usag ilə dağılmış bir otaqlı daxmada yaşamaq məcburiyyətində qalıb
Azərbaycanda imkansız, üstəlik kimsəsiz ailələr çoxdur. Onların arasında elələri də var ki, maddi problemləri, mənəvi sıxıntıları sözlə deyiləsi deyil. JAM.AZ Bolgexeber.tv-yə istinadən xəbər verir ki, çarəsiz və tək başına əlil uşağı ilə qalan Həlimə Məmmədova övladına sığınacaq bir yer tapa bilmir.
Həlimə Məmmədovanı acınacaqlı duruma salanda Binəqədi rayon bələdiyyə sədrinin ona yalandan verdiyi torpaq vədi olub. Bolgexeber.TV-yə bildirdiyinə görə, o, dəfələrlə verilən vədlərə inanaraq rayon Bələdiyyəsinə müraciət etsə də, onun müraciətləri cavabsız qalıb. Evsiz, esiksiz qaldığını gorən sikayətçi bəlkə Binəqədi rayon İcra Hakimiyyəti onun dərdinə dərman olar deyə,həmin orqana uz tutub...Ancaq nə fayda...vəziyyət dəyişilməz qalıb.
Körpəsi ilə qardaşının balaca daxmasına sığınan şikayətçinin anası da ona yardım etmək üçün onlarla bərabər yaşayır. Səlmi Məmmədova da çox cətin gunlər yasadıqlarını və çarəsiz qaldıqlarını bildirir.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti, eləcə də rayon bələdiyyəsi ilə əlaqə saxlayıb,movzuya aydınlıq gətirməklərini istədik. Ancaq onlar muxtəlif bəhanələr gətirərək, açıqlama verməkdən imtina etdiller
[media=http://www.youtube.com/watch?v=-TWh3tnRvFU]
Digər xəbərlər