Su-Kanal İdarəsinin yeni müdiri milyonlara göz dikib

10-10-2014, 18:31   


Ağdamın bir çox yaşayış məntəqələri susuzluqdan əziyyət çəkir. Yerli sakinlər deyirlər ki, bu rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıblar. Səbəbi isə bu işə məsul olan məmurların səhlənkarlığı və pul qazanmaq həvəsidir.

Sensasiya.com xəbər verir ki, hal hazırda Ağdamın Dördyol, 1, 2 və Təzəkənd qəsəbələrində əhali içməli suya həsrətdir. Belə ki, sutkada bir neçə saat su verilir ki, onların da insan orqanizmi üçün ciddi təhlükə mənbəyi olduğu elə üzündən məlumdur. Sakinlər bildirirlər ki, onlara gün ərzində içməli su adı altında verilən su əslində qurunt sularıdır. Onlar da bunu bildiklərindən və ağır xəstəliklərə düçar olmamaq üçün ayda aldıqları 16 manat çörəkpullarını içməli su almağa sərf edirlər.

Qeyd edək ki, bu işə məsul olan Ağdam Su-Kanal İdarəsidir. «Azərsu» ASC-nin tabeçiliyində olan bu qurumun yeni rəhbəri Mətləb müəllim isə özünü rayonun «ən böyüyü» sayır. Bu şəxsin yarıtmaz fəaliyyəti və büdcə vəsaitlərinə olan marağı işi o həddə çatdırıb ki, 10 mindən artıq insan susuz qalmalı olub. Amma bu məsələnin onun tükünü belə tərpətmək gücündə olmadığı aydın görünür. Çünki işlədiyi idarədə varlanan və əvəzolunmazlıq hissi Mətləb müəllimi özündən razı vəziyyətə gətirib çıxarıb.

Nəzərinizə çatdıraq ki, Ağdamda əhaliyə verilməli olan içməli suyun aqibəti çox qalmaqallıdır. Belə ki, dövlət büdcəsindən bu məqsədlə ayrılmış pulla dərinliyi 200 metr olan quyuların qazılması barədə tapşırıq verilib. Ağdam Su-Kanal İdarəsinin müdiri Mətləb müəllim isə həmin quyu üçün çəkiləcək xərclərin yarısından çoxunu götürərək, yalnız dərinliyi 50 metr olan artezianlar qazdırıb. Bu isə Ağdam kimi yerdə həmin quyudan duzlu suyun çıxması anlamına gəlir. Daha doğrusu, faktiki olaraq rayon əhli Şahmar Rzayevin qazdırdığı quyudan çıxan həmin şor suyun əsirinə çevriliblər.

Aydın məsələdir ki, Mətləb müəllim hərəkəti özbaşınalıqla yanaşı, həm də vəzifə səlahiyyətlərindən sui istifadədir. Üstəlik, bu həm də korrupsiya əlamətləridir ki, onunla da bağlı ciddi araşdırmanın aparılması zərurəti yaranıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.