YAP-ın bu 2 məşhur siması mandatsız qala bilər

30-08-2024, 16:42   




Xəbər verdiyimiz kimi, sentyabr ayının 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu gün marafonun sonuncu mərhələsi - təbliğat-təşviqat kampaniyası başa çatır. 24 saatlıq sükutdan sonra seçicilər məntəqələrə gedərək, dəstəklədikləri namizədlərə səs verəcəklər. 

Yenisabah.az xəbər verir ki, budəfəki parlament seçkilərində sürprizlərin baş verəcəyi istisna olunmur. Hazırda Milli Məclisdə təmsil olunan bir neçə nəfər, o cümlədən 2 tanınmış YAP üzvü mandatsız qala bilər. Əldə etdiyimiz məlumata görə, hakimiyyət daxilində yaşı 70-i ötmüş namizədlərlə bağlı qeyri-müəyyənlik hələ də davam edir. Qocaman namizədlərdən bir neçəsinin parlamentdən kənarda qalmaq ehtimalı var. Bu təhlükə həm iqtidar, həm müxalifət, həm də bitərəf namizədlər üçün keçərlidir. 

Saytımıza daxil olan məlumata görə, yaşı ilə əlaqədar deputat seçilmək şansı az olan 2 tanınmış YAP-çı da var. Bunlardan biri, 77 yaşlı Əhliman Əmiraslanov, digəri isə 73 yaşlı Səyyad Salahovdur.  socar vakansiya

Həmkarlarından yaşca böyük olan Eldar İbrahimovun isə deputat seçilmək şansı yüksək qiymətləndirilir. YAP-ın bir neçə ay sonra 80 yaşını tamamlayacaq Eldar İbrahimovdan imtina etmək fikrində olmadığı bildirilir. 




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.