Bərdə sakinləri Bərdə Tibbi-Sosial Ekspert komissiyası və onun rəhbəri Rafael Quliyevdən şikayətçi düşüblər. Şikayətçilərin dediklərinə görə, komissiyaya düşmək üçün aylarla vaxt lazım olur. Sonda heç bir səbəb göstərmədən rədd cavab verilir.
Rayon sakinləri deyir ki, edilən şikayətlərə rəğmən Rafael Quliyev kimsəyə əlillik vermək niyyətində deyil. Hətta qanuni haqqı olan şəxslərə belə. Onlar bildirirlər ki, TESK-in müdirinin qəbuluna düşmək üçün ən azı 3 ay vaxt lazımdır. Amma Quliyev deyir ki, heç kimə əlillik verə bilməz. Səbəb kimi də nazirlikdən ona tapşırığın verilməsidir.
Amma bunların hamısı sözdür. Şünki rayonda əlillik dərəcəsi alanlar var. Lakin onlar kiməsə rüşvət verirlər. Rüşvət verənlərin işi düzəlir. İmkanı olmayanlar qapı arxasında qalırlar. Elə bu səbəbdən də bərdəlilər deyirlər ki, sanki əlilik idarəsinə yox, bazara gəlmisən. “Biri deyir 200 verdim, biri deyir 300 verdim. Həqiqi xəstələr qalıb bir yanda, orda bazar açıblar. Orda 50 nəfər, 100 nəfər adam var. Qapının ağzında 4 polis qoyublar”.
Rafael Quliyevin işləri bununla da bitmir. Məlumatlara görə, komissiya sədrinin konkret maklerləri var və onlar pulu toplayaraq, ona gətirilər. Belə ki, həmin maklerlər sənədlərinin keçirmək istəyənlərlər rabitəyə keçib, onlardan pul alırlar. Amma problem yarandıqda bu işi özbaşına etdiklərini deyirlər.
Bərədə əlillik dərəcəsi almaq asan deyil, təkcə ona görə yox ki, Rafael Quliyevlə görüşmək üçün onun maklerləri ilə əlaqə saxlamaq lazımdır. Bu həm də böyük məbləğdə pul istənildiyi üçün bəzən mümkünsüzə çevrilir. Məsələn, hazırda 1-ci qrup əlillik dərəcəsi alınması üçün 2500 manat pul istənilir. 2-ci qrup əlillik dərəcəsinin Bərədədə qiyməti 2000 manata, 3-cü qrup üzrə isə 1500 manat olub.
Qeyd edək ki, şikayətçilər həmçinin süründürməçilidən şikayətçidirlər. Onlar deyirlər ki, bu süründürməçilik gözdən pərdə asmaq və əhalini incitmək üçündür. Həm də bu pul qazanmaq üşün düşünülmüş taktikadan biridir.