Kobani sakinləri şəhəri tərk edə bilmirler

10-10-2014, 21:44   
Kobani sakinləri şəhəri tərk edə bilmirler

“Suriyanın sərhəd şəhəri Kobanidə əksəriyyəti qocalar olmaqla 700-dək sakin ilişib qalıb”.

, bu haqda BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura xəbərdarlıq edib.

O, Türkiyəni İslam Dövləti silahlılarından qorumaq istəyən könüllüləri sərhəddən buraxmağa çağırıb.

Alınan məlumatlara görə, İD kürdlərin şəhərdəki qərargahını ələ keçirib.
Son üç həftə ərzində Kobani İD ilə kürd qüvvələri arasında döyüş meydanına çevrilib. Kürdlərdən ibarət yüz minlərlə sakin qonşu Türkiyəyə qaçıb. Türkiyə bu vaxtadək İD-ə qarşı qurudan müdaxiləni istisna edir.

ABŞ rəhbərliyi altında koalisiyanın hava zərbələri ilə dəstəklənən kürd qüvvələri bildiriblər ki, şəhər üzərinə irəliləyən silahlıların hücumunu dayandırmaq üçün təcili olaraq silah və sursata ehtiyacları var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.