, ABŞ-lı aktrisa Angelina Coli Birləşmiş Krallığın xarici siyasətinə göstərdiyi xidmətlərinə və müharibə zonalarında cinsi zorakılığa son qoymaq üçün kampaniyasına görə Kraliça tərəfindən fəxri Dama titulu ordeni ilə təltif edilib.
39 yaşlı ulduz bu ordeni cümə günü, Bukinhem sarayında keçirilən mərasimdə alıb.
Qeyd edək ki, Angelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarın xüsusi nümayəndəsidir. O, həmçinin 2012-ci ildə yaradılmış Cinsi Zorakılığın Qarşısını Alma Təşəbbüsünün (PSVI) həmtəsisçisidir.
İyunda bu ordenin ona veriləcəyi barədə məlumat açıqlananda Coli demişdi ki, xarici siyasətə əlaqəli mükafat almaq çox böyük əhəmiyyət daşıyır.