Kürdlər bir gündə 33 İŞİD-çini öldürdü
“İslam Dövləti” (İŞİD) terror qruplaşması son bir sutka ərzində Suriyanın Kobani vilayətinə 10 dəfədən çox hücum edib və ağır itki verib.
xəbər verir ki, kürdlər bu döyüşlər zamanı İŞİD-in 33 üzvünü öldürüb. İŞİD-in əsgərləri Kobani vilayətində yaşayan kürdlərə qarşı şərq, qərb və cənub tərəfdən hücuma keçiblər. Ötən gecə boyu gedən qanlı döyüşlər hal-hazırda davam etməkdədir.
Terrorçuların hücumlarını kürdlər tərəfindən özünümüdafiə xalq qüvvələri dəf edir. Özünümüdafiə qüvvələrinin tərkibində qadınlar da var. Kürd qadınlarının dediyinə görə, onlar “cənnətə getmək” istəyən İŞİD-çilərin arzularını puça çıxarmaq üçün döyüşlərə qatılıblar.